Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətində işəgötürənlərlə görüş keçirilib

Dövlət Miqrasiya Xidməti ilə ölkəmizdəki işəgötürənlər arasında ənənəvi görüş keçirilib. Müəssisə rəhbərlərinin, yerli və xarici fərdi sahibkarların və onların nümayəndələrinin qatıldığı tədbirdə DMX-nin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri İsmayıl Abdullayev çıxış edib.

Əvvəlcə qardaş Türkiyədə baş vermiş təbii fəlakət nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Baş idarə rəisi iş icazəsinin alınmasında (uzadılmasında) işəgötürənlərin hüquq və vəzifələri barədə ətraflı məlumat verib.

Tədbirdə həmçinin iş icazələrinin verilməsinə dair Miqrasiya qanunvericiliyinə edilən dəyişikliklərlə bağlı məlumat verilib. Tədbir iştirakçılarına kvota proqnozlarının verilməsinin zərurəti, proqnoz-məlumat formasının doldurulması və s. barədə də tövsiyələr olunub.

Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti