Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

“Qaçqınların Müdafiəsi üzrə Hüquqi və İnstitusional Çərçivə” mövzusunda keçirilən 2 günlük təlim başa çatıb

Dövlət Miqrasiya Xidmətində Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində təşkil edilən “Qaçqınların Müdafiəsi üzrə Hüquqi və İnstitusional Çərçivə” mövzusunda keçirilən 2 günlük təlim yekunlaşıb.

Dövlət Miqrasiya Xidməti, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəlikləri tərəfindən təşkil edilən təlimdə iştirakçılara beynəlxalq müdafiənin əsas komponentləri və bununla bağlı milli çərçivə haqqında ümumi məlumatlar çatdırılıb.

Bu istiqamətdə təlimlər Xidmətin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov, Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin baş inspektoru Rüfət Əliyev, BMqT-nin nümayəndəsi Verigo Tatyana, BMT QAK-ın ölkəmizdəki nümayəndəliyinin məsul əməkdaşı Sənan Hacıyev və beynəlxalq ekspert Elmar Bağırov tərəfindən keçirilib.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti