Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Xidmət əməkdaşları şəhid ailələrini ziyarət ediblər

Vətən müharibəsinin ildönümü ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinin  əməkdaşları tərəfindən paytaxtda və regionlarda yaşayan bir qrup şəhid ailələri ziyarət olunublar. Görüşlərdə Vətən müharibəsində iştirak etmiş Xidmət əməkdaşları da iştirak ediblər.  

Torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına canından keçən Vətən övladlarının evlərini ziyarət edən Xidmət əməkdaşları şəhidlərimizə dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Görüşlər zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanılıb, söhbətlər aparılıb. Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə başladılan əks-hücum əməliyyatı nəticəsində 30 illik həsrətimizə son qoyan igid oğullarımızın Vətən sevgisindən, şücaətindən, ərazi bütövlüyümüzün təmin edilməsi üçün xalqımızın qəhrəman övladlarının keçdikləri şərəfli döyüş yolundan bəhs olunub. Qeyd edilib ki, Vətən uğrunda aparılan haqq mübarizəmizdə canından, qanından keçmiş qəhrəmanlarımızın xatirəsini daim əziz tutmaq hər birimizin vətəndaşlıq borcudur.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, son 1 ay ərzində Dövlət Miqrasiya Xidmətinin Bakı, Şirvan, Ağsu, Yevlax, Xaçmaz, Gəncə, Şəki və Lənkəran  regional miqrasiya idarələrinin əhatə etdiyi kənd, qəsəbə və rayonlarda yaşayan 20-ə yaxın şəhid ailəsi ziyarət olunub.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti