newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin direktor müavini ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SDC) direktor müavini, həmçinin İsveçrə Konfederasiyasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfirinin müavini cənab Alberto Hernandez, BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Vladimir Gjorgjiev və digər nümayəndələrlə görüşüb.

Qonaqları səmimi salamlayan Xidmət rəisi Azərbaycan Respublikası ilə İsveçrə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini, ölkələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən miqrasiya sahəsində sıx əməkdaşlığının bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

İki ölkə arasına miqrasiya sahəsindəki əməkdaşlıq çərçivəsində görülən işlər, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin regiondakı fəallığı barədə danışan Xidmət rəisi Vüsal Hüseynov Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılması və bunun Azərbaycanın qonşu ölkələrində, eləcə də Mərkəzi Asiya, Yaxın Şərq və digər tərəfdaş ölkələrdə miqrasiya sahəsində çalışan şəxslərin potensialının gücləndirilməsinə yönəlmiş qabaqcıl təşəbbüs olduğunu da vurğulayıb.

Səmimi qəbula görə təşəkkür edən Alberto Hernandez ölkələrimiz arasında miqrasiya sahəsində əməkdaşlığı yüksək qiymətləndirdiyini, bundan sonra da əlaqələrin daim inkişaf edəcəyindən əminliyini bildirib.

Görüşdə tərəflər arasında gələcək əməkdaşlığın perspektivləri və miqrasiya sahəsində qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur