Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Misir Ərəb Respublikasının Azərbaycandakı yeni səfiri ilə görüşüb

 

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Hişam Mohamed Nagı ilə görüşüb.

Qonaqları səmimi salamlayan Xidmət rəisi səfiri ölkəmizə yeni təyinatı münasibətilə təbrik edib, Azərbaycan və Misir arasında müxtəlif sahələrdə mövcud olan sıx əməkdaşlıq əlaqələrindən bəhs edib.

Xidmət rəisi Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri,  ölkədə miqrantların maksimum rahatlığının təmin olunması, inzibati prosedurların azaldılması, rəqəmsallaşmanın təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verərək birgə əməkdaşlığın gələcək inkişafı barədə müzakirələrin əhəmiyyətini diqqətə çatdırıb.

Səmimi qəbula görə Xidmət rəisinə təşəkkürlərini bildirən səfir hər iki ölkənin gələcəkdə miqrasiya sahəsində sıx əməkdaşlıq edəcəyinə ümidvar olduğunu və bu istiqamətdə əlaqələrin inkişafına öz töhfəsini verəcəyini bildirib.

Görüşdə tərəflər arasında miqrasiya sahəsində qarşılıqlı maraq kəsb edən digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti