newsPhoto

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə 2022-ci ilin 9 ayı ərzində daxil olmuş zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari ilin ilk 9 ayı ərzində 73403 zəng daxil olub. Onlardan 66213-ü Azərbaycan dilində, 6517-i rus dilində, 673-ü isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 17329-si müvəqqəti yaşama icazəsi, 11320-si müvəqqəti olma müddətinin uzadılması, 6622-si vətəndaşlıq məsələləri, 6593-ü olduğu yer üzrə qeydiyyat, 3733-ü daimi yaşama icazəsi, 4669-u iş icazəsi, 20026-u isə digər məsələlərlə bağlı olub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur