Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Qobustanda və Masallıda maarifləndirmə tədbirləri keçirilib

Qobustan rayonunda “Ölkə ərazisində qanunsuz miqrantların leqallaşdırılması istiqamətində qarşılıqlı işin təşkili” mövzusunda,  Masallı Sənaye Məhəlləsində isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yerli nümayəndəliyi ilə birgə dəyirmi masa formatında maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə rayon icra hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanları, rayonun kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə üzvləri,  işəgötürənlər, sahibkarlar, ictimaiyyət nümayəndələri, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslər iştirak edib.

Tədbirdə miqrasiya qanunvericiliyinin tələbləri, regional miqrasiya idarələrinin fəaliyyət istiqamətləri, əcnəbilərin insan alveri qurbanına çevrilmə riskləri, ölkə ərazisində qanunsuz yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin yaşamalarının leqallaşdırması (qanuniləşdirməsi) ilə bağlı müraciət,  inzibati məsuliyyət haqqında ətraflı məlumat verilib.

Sonda fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti