Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Qax, Kürdəmir və Yevlaxda səyyar xidmət təşkil edilib

Dövlət Miqrasiya Xidmətinin Şəki, Ağsu və Yevlax regional miqrasiya idarələri tərəfindən Qax, Kürdəmir və Yevlaxda sağlamlıq imkanları məhdud şəxslərə yaşadıqları ünvanlarda səyyar xidmət göstərilib.

Səyyar xidmət zamanı şəxslərə Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı arayışlar və  müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilib. Müvəqqəti olma müddətinin uzadılması və  müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin alınması ilə bağlı tələb olunan sənədlər qəbul edilib, həmçinin miqrasiya qanunvericiliyinə dair məlumatlar verilib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti