Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Şəki regional miqrasiya idarəsinin əməkdaşları Şəhid Elnur İsgəndərovun adını daşıyan yüksəkliyə yürüş ediblər

26 İyun “Silahlı Qüvvələr Günü” ilə əlaqədar Şəki Regional Miqrasiya İdarəsinin əməkdaşları şəhid Elnur İsgəndərovun adını daşıyan “Elnur zirvəsi” yüksəkliyinə qalxıblar. Vətənpərvərlik hisslərinin və sağlam həyat tərzinin təbliği məqsədilə təşkil edilən yürüşdə əməkdaşlar şəhidin xatirəsini yad edib, ruhuna hörmət və ehtiramlarını bildiriblər.

Qeyd edək ki, şəhid Elnur İsgəndərov Azərbaycan Silahlı Qüvvələrinin zabiti olub. 2016-cı ilin aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti