Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

“Miqrasiya Məktəbi 4” layihəsinin iştirakçıları Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyində olublar

BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev Dövlət Miqrasiya Xidmətinin Miqrasiya üzrə Regional Təlim Mərkəzi layihəsi çərçivəsində həyata keçirdiyi “Miqrasiya Məktəbi 4” layihəsinin iştirakçıları ilə görüşüb. Nümayəndəliyin rəhbəri tələbələrə BMqT-nin tarixi, prinsipləri, onun qlobal layihələri, beynəlxalq, regional və ölkə səviyyəli işlərdə rolu, nailiyyətləri, beynəlxalq və regional miqrasiya prosesləri, eləcə də BMqT-nin Azərbaycanda fəaliyyəti və layihələri haqqında məlumat verib.

Vladimir Qyorqiyev Dövlət Miqrasiya Xidməti ilə ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrdən və gələcəkdə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılacaq addımların önəmindən danışıb. “Miqrasiya Məktəbi” layihəsinin müxtəlif sahələrdə çalışacaq gənclərin miqrasiya sahəsində biliklərinin artırılması üçün əhəmiyyətini vurğulayıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti