newsPhoto

Dövlət Miqrasiya Xidmətində “İnsan Hüquqları Aylığı” çərçivəsində görüş keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ilə birgə keçirilən tədbir ölkəmizdəki qaçqınlar və sığınacaq axtaran şəxslər üçün nəzərdə tutulub. Məqsəd Azərbaycan Respublikası ərazisində olan əcnəbi şəxslərin hüquqlarının milli və beynəlxalq səviyyələrdə müdafiəsi, onların hüquqlarının təmini vəziyyətinin və problemlərinin öyrənilməsi, həmçinin məlumatlılığının artırılmasıdır. Bildirilib ki, miqrant ailələrin cəmiyyətin inkişaf prosesinə cəlb edilməsinin, xüsusilə miqrant uşaqların normal şəraitdə fiziki, əqli və mənəvi inkişafının, təhsil və digər hüquqlarının qorunması məsələləri daim diqqətdə saxlanılır.

Görüşdə əcnəbilərə qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri, həmçinin informasiya almaq hüquqları barədə məlumatlar verilib. Tədbir çərçivəsində sığınacaq axtaran şəxslərə müxtəlif dillərdə tematik vəsaitlər paylanıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.