Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Xaçmazda “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilib

“İnsan hüquqları aylığı” çərçivəsində Xaçmaz  regional  miqrasiya  idarəsi tərəfindən  Xaçmaz şəhər Tarix Diyarşünaslıq muzeyinin akt zalında icra nümayəndələri, bələdiyyələr və rayonun ictimai aktiv sakinlərinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə “İnsan Hüquqları Aylığı”nın elan edilməsi tarixi, ölkəmizdə Azərbaycan Respublikası vətəndaşları ilə yanaşı, əcnəbilərin də hüquqlarının dövlət tərəfindən müdafiəsi, vətəndaşsızlıq halları və bu halların azaldılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən görülən işlər barədə məlumat verilib.

Həmçinin DMX-də innovativ metodların tətbiqi və şəffaflığın təmin edilməsi istiqamətində reallaşdırılan tədbirlər iştirakçıların diqqətinə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti