Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Qazax rayonunda maarifləndirmə tədbiri keçirilib

Dövlət Miqrasiya Xidmətinin Gəncə regional miqrasiya idarəsi tərəfindən “Miqrasiya proseslərinin idarə olunmasında Dövlət Miqrasiya Xidmətinin rolu” mövzusunda Qazax şəhəri Gənclər evində maarifləndirmə tədbiri keçirilib.

Qazax rayon icra hakimiyyətinin və aidiyyəti dövlət orqanları əməkdaşlarının, icra nümayəndəliklərinin və bələdiyyələrin, həmçinin rayon ərazisində fəaliyyət göstərən sahibkarların iştirak etdiyi tədbirdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlər və qanunvericilikdə nəzərdə tutulan prosedurlar barədə məlumat verilib. Həmçinin Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı aparılan mübarizə tədbirləri diqqətə çatdırılıb, bu istiqamətdə  aidiyyəti dövlət orqanları, eləcə də vətəndaşlarla qarşılıqlı əlaqələrin vacibliyi önə çəkilib.

Tədbirin sonunda 8 nəfərə səyyar xidmət göstərilib. Onlardan 5-inə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, 1-inə vətəndaşlıq mənsubiyyəti ilə bağlı qərar təqdim olunub. 1 nəfərin sənədləri vətəndaşlıq mənsubiyyətinin araşdırılması məqsədi ilə qəbul olunub. 1 nəfərə isə müvəqqəti yaşamaq üçün icazənin alınması məqsədilə sənəd siyahısı təqdim edilib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti