newsPhoto

“Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakı Filialının əməkdaşları barədə Dövlət Miqrasiya Xidməti İctimaiyyətlə əlaqələr idarəsinin məlumatı

“Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyi Federal Dövlət Unitar Müəssisəsinin Bakı Filialının Belarus Respublikası vətəndaşları Pavel Antonov və Antonava Tryzno Veranikanın iş və müvəqqəti yaşama icazəsinin uzadılması ilə bağlı müraciətinə Dövlət Miqrasiya Xidməti tərəfindən baxılaraq miqrasiya qanunvericiliyin tələblərinə əsasən bu icazələrin uzadılmasından imtina edilmişdir. Qəbul olunan inzibati qərarların surəti həmin şəxslərə təqdim edilmişdir.

Adıçəkilən şəxslər barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma haqqında qərar qəbul edilməmişdir. Bu şəxslər Azərbaycan Respublikasına yenidən giriş edərək qeydiyyata alınmaqla ölkədə ola və qanunvericilikdə nəzərdə tutulan müvafiq əsasları olduğu təqdirdə, yenidən müvəqqəti yaşama icazəsi əldə etmək üçün müraciət edə bilərlər.