newsPhoto

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə 2022-ci ilin may ayı ərzində daxil olmuş zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari ilin may ayı ərzində 8157 zəng daxil olub. Onlardan 7333-ü Azərbaycan dilində, 766-sı rus dilində, 58-i isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 2099-u müvəqqəti yaşama icazəsi, 1557-si müvəqqəti olma müddətinin uzadılması, 786-sı vətəndaşlıq məsələləri, 630-u olduğu yer üzrə qeydiyyat, 467-si daimi yaşama icazəsi, 476-sı iş icazəsi, 2142-si isə digər məsələlərlə bağlı olub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur