Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Bərdədə əcnəbilərin hüquq və vəzifələrinə dair maarifləndirmə tədbiri keçirilib

Bərdədə “18 may-18 iyun İnsan Hüquqları Aylığı” çərçivəsində Peşə Liseyinin müəllim və tələbə heyəti ilə “əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində hüquq və vəzifələri, onların olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması qaydaları, vətəndaşlıq məsələləri və DMX-nin digər fəaliyyət istiqamətlərindən söhbət açılıb. Həmçinin Dövlət  Miqrasiya Xidməti tərəfindən göstərilən elektron xidmətlər, 919 Çağrı mərkəzi, MİGAZ mobil tətbiqi barədə iştirakçılara ətraflı məlumat verilib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti