Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Şəkidə tanınmış ədəbiyyatşünas Bəxtiyar Vahabzadə və yazıçı-dramaturq Mirzə Fətəli Axundzadənin ev muzeyləri ziyarət olunub

Dövlət Miqrasiya Xidməti əməkdaşlarının cəmiyyətin sosial və mədəni fəaliyyətində aktiv iştrakını təmin etmək və ədəbi irsin daha dərindən öyrənilməsi məqsədilə Şəki regional miqrasiya idarəsinin kollektivi şair, ədəbiyyatşünas, publisist Bəxtiyar Vahabzadənin və yazıçı-dramaturq, ictimai xadim Mirzə Fətəli Axundzadənin ev muzeylərini ziyarət ediblər. Muzeydə ədəbiyyat xadimlərinin həyat və yaradıcılığına aid ekspozisiyalarla tanışlıq olub. Yazıçıların şəxsi əşyaları əmakdaşlar tərəfindən maraqla qarşılanıb. Bələdçilər muzeydə sərgilənən hər bir ekspozisiya barədə geniş məlumat veriblər. Ziyarətin sonunda xatirə şəkilləri çəkilib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti