Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Miqrasiya Siyasəti “Avropa İttifaqı Biznes Mühiti Hesabatı-2021” də Avropa şirkətləri tərəfindən ölkədə investisiya mühiti üçün ən yüksək qiymətləndirilən ilk 3 yerli göstəricidən biridir

Avropa İttifaqı-Azərbaycan Biznes Forumu çərçivəsində “Aİ biznes mühiti hesabatı-2021”in təqdimatı keçirilib. Hesabatın məqsədi Azərbaycan biznes mühitindəki son tendensiyaları ölkəmizdə fəaliyyət göstərən Avropa şirkətlərinin perspektivindən əks etdirməkdir.

Hesabatın altıncı nəşrində sərhədlərin bağlanması və pandemiyanın bütün dünyaya gətirdiyi çətinliklərə baxmayaraq, şirkətlərin Dövlət Miqrasiya Xidmətinin biznes mühitinə dəstək yanaşmasından razı qaldığı bildirilib və Miqrasiya Xidməti 5 təkmilləşdirilmiş islahatdan biri kimi göstərilib. Şirkətlərin ölkəmizdəki nümayəndəlikləri hesabat dövründə Dövlət Miqrasiya Xidmətinin tətbiq etdiyi yenilikləri, effektiv həll yollarını, əlçatanlığını, Xidmətin kommunikasiya üçün açıq olmasını, həmçinin miqrasiya xidmətlərinin rəqəmsal formasının keyfiyyətli və səmərəliliyini, əməkdaşlıq əlaqələrini xüsusilə vurğulayıblar. Hesabatda miqrasiya siyasəti Avropa şirkətləri tərəfindən ölkədə investisiya mühiti üçün ən yüksək qiymətləndirilən ilk 3 yerli göstəricidən biridir.

Hesabat təcrübəli ekspertlərin iştirakı ilə keçirilən sorğuların nəticəsi, Azərbaycanda fəaliyyət göstərən 24 Avropa ölkəsindən olan 139 şirkət arasında aparılmış sorğu və 27 müsahibəyə əsasən tərtib edilib.

Qeyd edək ki, ötən illərdə çap edilmiş biznes mühiti hesabatlarında da Dövlət Miqrasiya Xidmətinin açıq və şəffaf fəaliyyəti yüksək qiymətləndirilib.

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti