Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Şəkidə turizm sektorunun təmsilçiləri ilə növbəti görüş keçirilib

Dövlət Miqrasiya Xidmətinin Şəki regional miqrasiya idarəsinin xidməti ərazisində fəaliyyət göstərən otel və hostel, eləcə də Şəki Turizm İnformasiya Mərkəzi nümayəndələrinin iştirakı ilə “Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti ilə bağlı prosedurlar” mövzusunda tədbir keçirilib. Tədbirdə qeydiyyat qaydaları ilə bağlı həyata keçirilməli olan prosedurlar və elektron xidmətlər, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətlər və ölkə ərazisində qanuni şəkildə işləməyin əsasları  barədə  məlumat verilib. Ölkəyə gələn turistlərin hər hansı problemlə qarşılaşmamaları üçün onları qəbul edən tərəfin qısa müddətdə qeydiyyat prosedurlarını həyata keçirmələrinin vacibliyi diqqətə çatdırılıb.

Sonda idarənin əməkdaşları  tərəfindən iştrakçıları maraqlandıran suallar cavablandırılıb.    

 

    

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti