Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti ilk Beynəlxalq Miqrasiya İcmalı Forumunda iştirak edir

17-20 may 2022-ci il tarixlərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahında keçirilən ilk Beynəlxalq Miqrasiya İcmalı Forumunda Azərbaycan Respublikasını Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun rəhbərlik etdiyi və tərkibinə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin, eləcə də Nümayəndəliyin əməkdaşlarının daxil olduğu nümayəndə heyəti təmsil edir. Beynəlxalq miqrasiyanın bütün aspektlərini əhatə edən ilk hökumətlərarası sənəd olan “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrasının qiymətləndirilməsi, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyi ilə əlaqədar müzakirəsi məqsədilə BMT tərəfindən miqrasiya sahəsində dünyada ilk dəfə qlobal səviyyədə təşkil edilən bu beynəlxalq tədbirdə BMT-nin Üzv Dövlətlərinin dövlət və hökumət başçıları, miqrasiya sahəsinə məsul qurumlarının rəhbərləri, eləcə də BMT Baş Katibi Antonio Quterreş başda olmaqla, BMT-nin yüksək vəzifəli rəsmiləri iştirak edir.

Forum BMT-nin Baş Assambleyasının prezidenti Abdulla Şahidin sədrliyi ilə reallaşır. Forum çərçivəsində təşkil olunan dörd interaktiv çoxtərəfli dəyirmi masalarda müxtəlif maraqlı tərəflər arasında Miqrasiya üzrə Qlobal Paktın icrası ilə bağlı müzakirələrin aparılması və tərcübələrin bölüşülməsi, habelə Forumun yekununda hökumətlərarası razılaşdırılma vasitəsilə Tərəqqi Bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulur.

Ölkəmiz qeyd olunan beynəlxalq sənədin səmərəli icrası üzrə BMT-nin Miqrasiya Şəbəkəsi tərəfindən “Çempion ölkə” kimi müəyyənləşdirilmiş 33 ölkədən biri kimi Forumda iştirak edir. Bununla yanaşı, Azərbaycan adıçəkilən Forum çərçivəsində təşkil olunacaq dörd dəyirmi masaya həmsədrlik edən səkkiz ölkə sırasındadır.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti