Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov İsveç Miqrasiya Agentliyinin nümayəndələri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov İsveç Krallığının ölkəmizdəki səfiri Kristian Kamillin rəhbərlik etdiyi və tərkibində İsveç Miqrasiya Agentliyinin nümayəndələrinin təmsil olunduğu heyətlə görüşüb.

Görüşdə iki ölkənin müvafiq qurumları arasında əlaqələrin hazırkı vəziyyəti və əməkdaşlığın perspektivləri müzakirə edilib.

Xidmət rəisi, Azərbaycan və İsveç arasında müxtəlif sahələrdə mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb, miqrasiya sahəsində iki ölkənin müvafiq qurumlarının qarşılıqlı münasibətlərinin və təcrübə mübadiləsinin gücləndirilməsinin zəruriliyinə toxunub.

Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri barədə məlumat verən Vüsal Hüseynov “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin icrası çərçivəsində İsveçin müvafiq orqanları ilə səmərəli əməkdaşlığın qurulduğunu bildirib.

Səmimi qəbula görə minnətdarlıqlarını ifadə edən qonaqlar təmsil etdikləri qurumun fəaliyyət dairəsi, hazırda həyata keçirilən layihələr barədə məlumat verib, miqrasiya idarəçiliyi sahəsində Azərbaycanla birgə layihə və təşəbbüslərin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.

Görüşdə iki ölkənin miqrasiya orqanları arasında müqavilə-hüquq bazasının genişləndirilməsi və gələcək əməkdaşlıq perspektivləri barədə də müzakirələr aparılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti