Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Readmissiya idarəçiliyinin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovla Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Vladimir Gyorgiyevin rəhbərlik etdiyi və “Azərbaycanda readmissiya idarəçiliyinin gücləndirilməsi” layihəsinin məsul şəxslərindən ibarət nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə çıxış edən Xidmət rəisi, BMqT ilə səmərəli əməkdaşlıq əlaqələrinin genişləndirildiyini, birgə layihələrin uğurla həyata keçirildiyini, miqrasiya sahəsində qabaqcıl və innovativ xarakterli təcrübələrin öyrənildiyini diqqətə çatdırıb.

Vüsal Hüseynov “Azərbaycanda readmissiya idarəçiliyinin gücləndirilməsi” layihəsinin əhəmiyyətinə toxunub və layihə çərçivəsində elektron Readmissiya Sənəd İdarəetmə Sisteminin (RCMS) yaradılmasının imzalanmış readmissiya sazişlərinin icrasında səmərəliliyi artıracağına əminliyini ifadə edib. Layihənin həm də sahə üzrə məsul dövlət qurumları arasında koordinasiyanın effektivliyinin artırılmasında, readmissiya olunan şəxslərin cəmiyyətə səmərəli reinteqrasiyasının dəstəklənməsində faydalı olacağı bildirilib.

Görüşdən məmnunluğunu ifadə edən Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan  nümayəndəliyinin rəhbəri Vladimir Gyorgiyev ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirib və gələcəkdə qarşılıqlı əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, görüşdə BMqT-nin Brüsseldə yerləşən regional ofisindən layihə əməkdaşı Matthew Pullen və layihə koordinatoru Yuliya Ryzhykh iştirak edib, layihə ilə bağlı fikirlərini bildiriblər.

Tədbirdə gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti