Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

“Miqrasiya məktəbi - 4” layihəsi çərçivəsində növbəti təlimlər keçirilib

“Miqrasiya Məktəbi 4” layihəsində təlimlər davam etdirilir. Bu istiqamətdə növbəti təlim Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Səltənət Məmmədova və  BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndəliyinin məsul əməkdaşı Sənan Hacıyev tərəfindən keçirilib. Onlar “Miqrasiyanın idarə edilməsində beynəlxalq təşkilatların rolu” mövzusunda iştirakçılara hər iki beynəlxalq qurumun fəaliyyət istiqamətləri, Azərbaycan Respublikası ilə mövcud əməkdaşlıq əlaqələri, həyata keçirilən layihələr və tədbirlər barədə ətraflı məlumat veriblər. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Həmçinin “Miqrasiya Məktəbi 4” layihəsi çərçivəsində Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənovun “Miqrasiyanın idarə edilməsində qeyri-hökumət təşkilatlarının rolu”, Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Zamir Əliyevin “Vətəndaşlıq məsələləri”, “Miqrasiya könüllüsü” İctimai Birliyinin sədri Aydan Həşimovanın “Könüllülük hərəkatı – “Miqrasiya könüllüsü” mövzusunda təlimləri təşkil olunub. 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti