Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Yevlaxda maarifləndirmə tədbiri, Lənkəranda isə səyyar xidmət təşkil olunub

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 15-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı günü ilə əlaqədar Yevlax regional miqrasiya idarəsi tərəfindən Ucar rayon İcra Hakimiyyətinin inzibati binasında “Qanunsuz miqrasiya hallarının aradan qaldırılması və əməkçi miqrantlara iş icazəsi verilməsi proseduru” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Xidmətin fəaliyyət istiqamətləri, qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verilib. Həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində hüquq və vəzifələri, qeydiyyat qaydaları, müvəqqəti olma müddətinin uzadılması, qanunsuz yaşayan şəxslərin leqallaşdırılması istiqamətində müzakirələr aparılıb. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Lənkəran regional miqrasiya idarəsinin əməkdaşları isə xidməti ərazidə regional idarədən uzaq məsafədə yerləşən yaşayış məntəqələrində, habelə yaşlı və sağlamlıq imkanları məhdud şəxslərə səyyar xidmətlər göstəriblər. Lənkəran, Astara və Masallı  rayonlarında 19 nəfərdən 3-ünə müvəqqəti yaşama icazəsi vəsiqəsi, 7 nəfərə  vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi barədə qərar, 4 nəfərə isə müvafiq sənəd siyahıları təqdim olunub. 5 nəfərin müvəqqəti yaşama icazəsi ilə bağlı sənədləri qəbul edilib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti