Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Regional miqrasiya idarələrinin əməkdaşları Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 15-ci ildönümünü qeyd ediblər

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 15-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ilə əlaqədar Gəncə, Şəki, Yevlax və Şirvanda regional miqrasiya idarələrinin əməkdaşları rayon mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, ruhuna dərin hörmət və ehtiramlarını bildiriblər. Həmçinin regionlarda yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə gül dəstələri düzülüb.

Xidmətin 15 illiyi ərəfəsində Yevlax şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin  inzibati ərazisində ağacəkmə aksiyası da təşkil olunub.

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti