Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Yevlax və Lənkəranda qanvermə aksiyası keçirilib

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 15-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ərəfəsində növbəti qanvermə aksiyası Yevlaxda təşkil olunub.  

Mingəçevir şəhər Mərkəzi xəstəxanasında keçirilən xeyriyyə aksiyasında Yevlax regional miqrasiya idarəsinin əməkdaşları fəal iştirak ediblər.

Aksiya talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım məqsədilə keçirilib.

Lənkəran regional miqrasiya idarəsinin əməkdaşları da qanvermə aksiyasında iştirak ediblər. Mərkəzi Qan Bankının Lənkəran bölməsində təşkil edilən aksiyada tədarük edilən qan nümunələri aidiyyəti üzrə təhvil verilib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti