Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidməti tərəfindən qanvermə aksiyası keçirilib

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 15-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ərəfəsində ənənəvi qanvermə aksiyası keçirilib.

Talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələrə, xüsusilə uşaqlara yardım məqsədilə keçirilən aksiya Dövlət Miqrasiya Xidməti ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının (Mərkəzi Qan Bankı) birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Qanvermə aksiyasında Dövlət Miqrasiya Xidmətinin 100-ə yaxın əməkdaşı ilə yanaşı, Miqrasiya könüllüləri, Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv olan “Asan könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, Könüllü Gömrükçü dəstəsi, Gənc Könüllülər Hərəkatı, Bakı Şəhər Halqası Könüllüləri və “Eko Könüllü Hərəkatı”nın 50-dən çox nümayəndəsi iştirak edib.

Aksiyanın təşkili Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkimləri tərəfindən həyata keçirilib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti