Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Şirvanda 12 nəfərə səyyar xidmət göstərilib

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 15 illiyi ərəfəsində Şirvan regional miqrasiya idarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə yaşayan ahıl, xəstə və maddi imkansız 12 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsə yaşadıqları ünvanda səyyar xidmət göstərilib.

Onların 3-ünə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi barədə qərar, 1-inə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim olunub. 3 nəfərdən isə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı tələb olunan sənədlər qəbul edilib.

Həmçinin xidməti ərazidə qanunsuz yaşayan 5 nəfərə miqrasiya qanunvericiliyinin tələbləri izah edilib və ölkə ərazisində yaşamasını qanuniləşdirmək üçün tələb olunan sənədlərin siyahısı verilib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti