Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidməti ilə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz arasında əməkdaşlıq müzakirə olunub

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Səltənət Məmmədova ilə görüşüb.

Görüşdə Dövlət Miqrasiya Xidməti ilə MSİBM arasında birgə əməkdaşlığın perspektivləri, mövcud və gələcək layihələrin icra vəziyyəti müzakirə olunub.

Səmimi qəbula görə təşəkkürünü bildirən Səltənət Məmmədova, gələcəkdə səmərəli əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə qarşıda duran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti