Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Qusarda və Astarada səyyar xidmət göstərilib

Dövlət Miqrasiya Xidmətinin Xaçmaz regional  miqrasiya  idarəsi tərəfindən  Qusar rayonunun Gənclər mərkəzində və Lənkəran regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Astara rayonunda səyyar xidmət təşkil olunub.

Xidmətin imkanlarından ümumlikdə 43 nəfər istifadə edib.

Onlardan 13 nəfərə ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazəsi vəsiqəsi,  10-una vətəndaşlığa qəbulla bağlı arayış, 1-inə müvəqqəti olma müddətinin uzadılması, 1-inə isə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi barədə qərar təqdim edilib. 4 nəfərdən müvəqqəti olma və müvəqqəti yaşama icazəsinin müddətinin uzadılması, 1-dən vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciət qəbul edilib, həmçinin 7 nəfərə müraciətə uyğun tələb olunan sənədlərin siyahısı izah olunub.

Bundan başqa Xaçmaz regional  miqrasiya idarəsinin əməkdaşları tərəfindən 6 nəfərə yaşadıqları ünvanlarda səyyar xidmət göstərilib.

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti