Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Ağsuda onlayn regional seminar keçirilib

Dövlət Miqrasiya Xidmətinin Ağsu regional miqrasiya idarəsi tərəfindən xidməti əraziyə daxil olan Ağsu, Göyçay, Şamaxı, Qobustan, Kürdəmir, İsmayıllı rayonlarının icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə “Ölkə ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin yaşamalarının leqallaşdırılması” mövzusunda onlayn regional seminar keçirilib.

Seminarda ölkə ərazisində qanunsuz yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin yaşamalarının leqallaşdırması üçün xidmətin rəsmi saytında yerləşdirilmiş müraciət haqqında, həmçinin miqrasiya sahəsində qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər barədə məlumat verilib. Bundan başqa xidməti ərazidə qeydiyyatsız və sənədsiz yaşayan şəxslər aşkar edilərək, barələrində qanunvericiliyə uyğun olaraq tədbirlərin görülməsi məqsədilə Ağsu regional miqrasiya idarəsinə müraciət edilməsi qaydaları geniş izah edilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti