Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Xaçmazda onlayn maarifləndirmə tədbiri keçirilib

Dövlət Miqrasiya Xidmətinin Xaçmaz  regional  miqrasiya  idarəsi tərəfindən  “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması prosedurları”   mövzusunda onlayn maarifləndirmə tədbiri keçirilib.

Miqrasiya qanunvericiliyinin təbliği məqsədi daşıyan tədbirdə Xaçmaz regional  miqrasiya  idarəsinin xidməti ərazisinə aid olan Quba rayonunun inzibati ərazi dairə nümayəndəliklərinin sədr və müavinləri iştirak ediblər.

Tədbirdə Xaçmaz regional miqrasiya idarəsinin rəis müavini,  kiçik miqrasiya xidməti müşaviri Nəbi Əsgərov Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, Xidmət tərəfindən göstərilən elektron xidmətlər, tətbiq olunan yeniliklər, 7 gün 24 saat 3 dildə fəaliyyət göstərən 919 Çağrı mərkəzi, mobil tətbiq – MİGAZ, eləcə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri barədə iştirakçıları məlumatlandırıb. Həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması prosedurları izah olunub.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti