Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov ilə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gyorgiyev arasında görüş keçirilib.

Görüşdə iki qurumun miqrasiya sahəsində mövcud səmərəli əməkdaşlıq əlaqələri və birgə reallaşdırılan layihələrin gələcək perspektivləri müzakirə olunub.

Xidmət rəisi bu il Nyu-Yorkda keçirilməsi nəzərdə tutulan Beynəlxalq Miqrasiya İcmalı Forumunda ölkəmizin “Çempion ölkə” kimi bu mühüm platformada fəal iştirakı üçün müvafiq tədbirlərin görülməsi istiqamətində işlərə başlanıldığını bildirib. Bundan əlavə hazırda miqrasiya sahəsinin müxtəlif aspektləri üzrə Azərbaycanın ən yaxşı təcrübələrini bölüşülməsində BMT-nin Miqrasiya Şəbəkəsi ilə əməkdaşlığın gücləndirilməsi, eləcə də “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın müxtəlif səviyyələrdə təşviqi isitqamətində də səylərin gücləndiriləcəyini vurğulayıb.

Səmimi görüşə görə Xidmət rəisinə minnətdarlığını bildirən Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gyorgiyev ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində görülən işləri müsbət qiymətləndirib və bunun region ölkələri arasında miqrasiya sahəsində əlaqələrin genişlənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə həmçinin Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində nəzərdə tutulan birgə fəaliyyətlərlə bağlı addımlar, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti