Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə Ukraynanın Dövlət Miqrasiya Xidməti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ilə Ukraynanın Dövlət Miqrasiya Xidməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair onlayn formatda Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov və Ukrayna Dövlət Miqrasiya Xidmətinin sədri Nataliya Naumenko imzalayıblar.

Memorandum iki dövlətin miqrasiya, sığınacaq və vətəndaşlıq sahəsində əməkdaşlığın hüquqi bazasını genişləndirməklə, miqrasiya proseslərinin tənzimlənməsini, sığınacaq sahəsində institusional əlaqələrin inkişafını, məlumat mübadiləsinin intensivləşdirilməsini, qabaqcıl təcrübə mübadiləsi istiqamətində fəaliyyəti özündə ehtiva edir.

Anlaşma Memorandumunun imzalanması tədbirində həmçinin mümkün əməkdaşlıq məsələlərinə toxunulmuş, birgə fəaliyyətin Azərbaycanda yaradılması nəzərdə tutulan Miqrasiya üzrə Regional Təlim Mərkəzinin işinə töhfə verəcəyi qeyd edilmişdir.

Onlayn təşkil olunan tədbirdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi, hər iki tərəfin Miqrasiya Xidmətinin aidiyyəti idarələrinin əməkdaşları, Azərbaycanın Ukraynadakı Səfirliyinin və Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndələri iştirak ediblər.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti