Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

DMX əməkdaşları Ordumuzun qələbəsinə həsr edilmiş “Zəfər” yarmarkasında olublar

DMX əməkdaşları Zəfər Günü münasibətilə Dənizkənarı bulvar ərazisində “YAŞAT” Fondu tərəfindən təşkil olunmuş “Zəfər yarmarkası”nda Azərbaycan Ordusunun silahlanmasında olan bir sıra silah, texnika və pilotsuz uçuş aparatlarının (PUA), eləcə də yerli istehsal olan “İti qovan” PUA, “İstiqlal”, “Yalquzaq” snayper tüfəngləri və digər silah nümunələri, mühəndis qurğuları, müxtəlif təminat növləri ilə tanış olublar. Xidmət əməkdaşları yarmarkada müxtəlif şirkətlər tərəfindən satışı təşkil olunan qida məhsulları, zəfər simvolikasına aid suvenirlər, kitablar və digər məhsulları əldə ediblər. “Əsgərə məktub” layihəsi çərçivəsində DMX əməkdaşları Vətənin keşiyində dayanan Azərbaycan əsgərinə məktub yazıblar. Sonda əməkdaşlar yarmarkada xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda təşkil olunmuş yarmarkadan əldə edilən gəlir şəhid ailə üzvləri və yaralılarımıza dəstək məqsədilə “YAŞAT” Fonduna ianə ediləcək.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti