Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

“Şəhidini tanı” layihəsi çərçivəsində şəhid Yalçın Cavadovun ailəsi ziyarət olunub

Layihəyə uyğun olaraq, Dövlət Miqrasiya Xidmətinin Vətən müharibəsində iştirak etmiş əməkdaşı Ağa Qurbanov Miqrasiya könüllüləri ilə birgə Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olan çavuş Cavadov Yalçın Aydın oğlunun ailəsində qonaq olub. Görüşdə torpaqlarımızın azadlığı üçün son damla qanına qədər vuruşan şəhidin döyüş yoluna nəzər salınıb. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin adını əbədiləşdirmək, onların ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.

Şəhid Yalçın Cavadovun, Dövlət Miqrasiya Xidmətinin şəhid övladları üçün təşkil etdiyi “Qaliblər düşərgəsi”ndə iştirak etmiş oğlu Aqil Cavadov atası ilə bağlı xoş xatirələrini bölüşüb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti