Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətində bir qrup Vətən müharibəsi iştirakçısı ilə görüş keçirilib

Tədbir Dövlət Miqrasiya Xidmətinin əməkdaşı tərəfindən 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəman övladların xatirəsinə ithaf olunan şeirlə başlayıb. Daha sonra ərazi bütövlüyümüz uğrunda canından keçən igidlərimiz 1 dəqiqəlik sükutla yad ediliblər.

Tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidməti rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev I Qarabağ müharibəsinin iştirakçısı kimi Vətən savaşının qürurverici və çətin məqamlarına toxunub. Bildirib ki, 44 gün ərzində cənab Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz qüdrətini dünyaya nümayiş etdirdi. Bu qələbədə cənab Prezident və xalqın, həmçinin ürəyi Vətənlə döyünən dünya azərbaycanlılarının birliyinin də müstəsna roluna diqqət çəkilib.

Daha sonra döyüşçülər tanıtım videosu ilə iştirakçılara təqdim olunublar. Çıxış edən “Vətən Müharibəsi Qəhrəmanı” medalı və “Qarabağ” ordeni ilə təltif olunmuş hərbçilər 44 gün ərzində keçdikləri döyüş yolu haqqında, döyüş tapşırıqları zamanı yaşadıqları unudulmaz anlar barədə məlumat veriblər. Şuşa şəhərinin azad olunmasında qəhrəman Vətən oğullarının şücaətindən danışıblar. Hərbçilər, həmçinin düşmənin mülki əhaliyə qarşı yönəlmiş hava hücumlarının dəf olunmasında qəhrəmanlıq göstərən Hərbi Hava Qüvvələrimizin fəaliyyəti barədə məlumat veriblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Qonaqlara Xidmət adından simvolik hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti