Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Daha bir Şəhid ailəsi ziyarət olunub

Dövlət Miqrasiya Xidmətinin Vətən müharibəsində iştirak etmiş əməkdaşı Babək Hacılı və bir qrup Miqrasiya könüllüsü rəşadətli ordumuzun hər bir üzvü kimi məkrli düşmənə qarşı mərdliklə döyüşən, qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan Qənbərov Bilal Xanlar oğlunun ailəsini ziyarət ediblər. Görüşdə şəhid Bilal Qənbərovun keçdiyi döyüş yolu xatırlanıb, Ali Baş Komandanın rəhbərliyi altında qalib ordumuz tərəfindən yazılmış şanlı zəfər tarixinə nəzər salınıb, şəhid olan qəhrəmanlarımızın ruhu ehtiramla anılıb. Şəhid Bilal Qənbərovun bir müddət öncə Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş atası Xanlar Qənbərov oğlu ilə bağlı xoş xatirələrini bölüşüb.

Görüşdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsinin daim uca tutulacağı bildirilib.

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti