Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Şəhid ailələri ilə görüşlər keçirilib

Şəki Regional miqrasiya idarəsinin Vətən müharibəsində iştirak etmiş əməkdaşları Əfqan Əlimərdanov və Rəşad Mansurov Miqrasiya könüllüləri ilə birgə Şəkidə şəhid Toğrul Nağıyev, Balakəndə şəhid Qurban Hacıyev, Qəbələdə şəhid Rəşid Nəsrullayev və Elşən Dəmirlinin ailələrini ziyarət ediblər. Şəhidlərimizin xatirələri anılıb, onların müharibədəki igidlik və şücaətindən söhbət açılıb. Toğrul Nağıyev Ağdərə istiqamətində, Qurban Hacıyev və Rəşid Nəsrullayev Suqovuşan uğrunda, Elşən Dəmirli isə Ağdamda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıblar.

Görüş çərçivəsində şəhidlərin məzarları ziyarət olunub, üzərinə gül dəstələri düzülüb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti