Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Şəhid ailələrinə psixoloji-mənəvi dəstək kampaniyası davam etdirilib

“Miqrasiya Könüllüsü” İctimai Birliyi və “For Azerbaijan” Xeyriyyə təşkilatı Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının ailələri üçün psixoloji-mənəvi dəstək layihəsini davam etdirir. Növbəti görüş şəhid övladları üçün təşkil olunub.

Psixoloq Məlahət Kazıbekova xüsusi təlim proqramı çərçivəsində şəhid övladları üçün təşkil olunmuş “Qaliblər düşərgəsi”nin bir qrup iştirakçısı ilə görüşüb. Uşaqların hazırki psixoloji vəziyyətinə nəzər salınıb, onları narahat edən məqamlara diqqət yetrilib, onların kommunikasiya bacarıqlarının, emosiyalarını idarə etmək kimi vərdişlərinin inkişafı istiqamətində məsləhətlər verilib. Ümümilikdə görüşdə emosional intellektin inkişafına yönəlmiş metodikalardan istifadə olunub ki, bu da yeniyetmələrin həyatda daha çox uğur qazanmalarına kömək edəcək vasitələrdəndir.

Görüşdə verilən məsləhətlər uşaqlar tərəfindən həvəslə dinlənilib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti