newsPhoto

“Şəhidini tanı” layihəsi çərçivəsində daha bir şəhid ailəsi ziyarət olunub

Dövlət Miqrasiya Xidmətinin 44 günlük Vətən müharibəsində iştirak etmiş əməkdaşı Babək Hacılı və Miqrasiya könüllüləri döyüşlər zamanı qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan mayor Vəlizadə Urfan Üzeyir oğlunun ailəsini ziyarət ediblər. Şəhid Urfan Vəlizadənin döyüş yoluna nəzər salınıb. Xatirəsi hər birimiz üçün əziz olan şəhidlərimizin hünəri bir daha yad edilib, onların torpaqlarımızın azadlığı üçün fədakarlıqları xatırlanıb, tariximizdə əbədi yaşayacaqları vurğulanıb.Urfan Vəlizadənin, Dövlət Miqrasiya Xidmətinin şəhid övladları üçün təşkil etdiyi “Qaliblər düşərgəsi”nin iştirakçısı olan qızı Zəhra Vəlizadə  atası ilə bağlı xoş xatirələrini bölüşüb. Həmçinin döyüşlərdə iştirak edən Xidmət əməkdaşı Babək Hacılıya müharibədə yaşananlar barədə suallar ünvanlayıb.

Görüşdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsinin daim uca tutulacağı bildirilib.