Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidməti ilə “Miqrasiya Könüllüsü” İctimai Birliyinin “Şəhidini tanı” layihəsi davam etdirilir

Dövlət Miqrasiya Xidmətinin 44 günlük Vətən müharibəsində iştirak etmiş əməkdaşı Ağa Qurbanov və Miqrasiya könüllüləri döyüşlər zamanı qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan kiçik çavuş Xurşudov Nazir Müxənəd oğlunun ailəsini ziyarət ediblər. Şəhid Nazir Xurşudovun döyüş yoluna nəzər salınıb. Xatirəsi hər birimiz üçün əziz olan şəhidlərimizin hünəri bir daha yad edilib, onların torpaqlarımızın azadlığı üçün fədakarlıqları xatırlanıb, tariximizdə əbədi yaşayacaqları vurğulanıb. Nazir Xurşudovun, Dövlət Miqrasiya Xidmətinin şəhid övladları üçün təşkil etdiyi “Qaliblər düşərgəsi”nin iştirakçısı olan oğlu Şahin Xurşudov atası ilə bağlı xoş xatirələrini bölüşüb. Həmçinin döyüşlərdə iştirak edən Xidmət əməkdaşı Ağa Qurbanova müharibədə yaşananlar barədə suallar ünvanlayıb.

Görüşdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsinin daim uca tutulacağı bildirilib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti