newsPhoto

Lənkəranda Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla anılıb

Lənkəran regional miqrasiya idarəsinin əməkdaşları 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsini yad ediblər. Şəhidlər Xatirə Kompleksi abidəsi önünə və şəhidlərin məzarlarına gül dəstələri düzülüb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının hər birinin ruhuna dərin hörmət və ehtiram ifadə olunub.

Allah rəhmət eləsin!


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur