newsPhoto

Dövlət Miqrasiya Xidmətinin təşəbbüsü ilə bir qrup şəhid ailəsinə psixoloji yardım göstərilib

Dövlət Miqrasiya Xidməti, ForAzerbaijan Beynəlxalq Xeyriyyə Təşkilatı və “Miqrasiya Könüllüsü” İctimai Birliyi 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalaraq adını tarixə yazan qəhrəman Vətən övladlarının ailələri üçün psixoloji dəstək aksiyasına start verib. Şəhid övladları üçün təşkil olunmuş “Qaliblər düşərgəsi” iştirakçılarının ailə üzvləri ilə xüsusi təlim proqramından keçən psixoloq Məlahət Kazıbekova görüşüb. Ailələrin hazırki psixoloji vəziyyətinə nəzər salınıb, onları narahat edən məqamlara diqqət çəkilib.

Müharibə zamanı və ondan sonrakı dövrdə böyük gərginlik və sarsıntı keçirən şəhid ailələri aksiyanın onlara mənəvi dəstək baxımından əhəmiyyətli təsir göstərdiyini vurğulayıblar.

Qeyd edək ki, bu cür dəstək tədbirləri şəhid övladları ilə də keçiriləcək.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur