Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ilə görüşüb

Qonağı səmimi salamlayan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov qurumlararası səmərəli əlaqələrə toxunub.

Görüşdə Əfqanıstanda baş verən son hadisələr və region ölkələrdə bununla bağlı yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nü­mayən­­dəliyinin himayəsində olan və Nümayəndəlik tərəfindən qaçqın statusu verilmiş şəxslərin ölkədə hüquqi statuslarından, onların yerli cəmiyyətə inteqrasiyasından söhbət açılıb.

Səmimi görüşə görə Xidmət rəisinə minnətdarlığını bildirən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayən­­dəliyinin rəhbəri Quido Ambroso ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi, qaçqınlar və sığınacaq axtaran şəxslərin hüquqlarının müdafiəsi istiqamətində görülmüş işləri müsbət qiymətləndirib, onlarla bilavasitə işləyən əməkdaşların potensialının daha da artırılması üçün müvafiq treninq və seminarların, təcrübə mübadilələrinin təşkili işinin davam etdirilməsinin nəzərdə tutulduğunu bildirib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti