Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin məlumatı

Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında 2 oktyabr 2009-cu il tarixdə imzalanmış vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə Protokol şəklində dəyişikliklər edilib. Həmin Protokolla Sazişə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətlərinə aid olan aşağıdakı dəyişiklik edilib:

-    Bir Tərəfin dövlətinin vətəndaşı digər Tərəfin dövlətinin ərazisində 30 gündən artıq müddətdə qaldıqda, həmin vətəndaş qaldığı tərəfin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq həmin dövlətin səlahiyyətli qurumlarında qeydiyyatdan (yerləşmə yeri üzrə uçota durmaq) keçməlidir.

Bununla da, Azərbaycan Respublikasında 30 gündən artıq müvəqqəti olmaq istəyən Qazaxıstan Respublikasının vətəndaşları bu müddət ərzində olduqları yer üzrə qeydiyyata düşməlidirlər.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti