newsPhoto

DMX yanında İctimai Şuranın boş qalmış üzvlüyünə təkrar seçki keçirilib

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 3.10-cu bəndinə uyğun olaraq, 9 iyul 2021-ci il tarixdə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın boş qalmış 6 üzvlüyünə təkrar seçki keçirilib. Qanunvericiliyə müvafiq olaraq ən çox səs toplamış 6 namizəd İctimai Şuranın üzvü seçilib:

  • Fətullayev Vidadi Bayram oğlu, “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi;
  • Haşımova Aydan Bəhərçin qızı, “Miqrasiya Könüllüsü” İctimai Birliyi;
  • Kərimova Lamiyə Ağa qızı, Psixososial Reabilitasiya və İnkişaf İctimai Birliyi;
  • Kərimova Səbinə Aqil qızı, “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi;
  • Niftalı Habil Abid oğlu, “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi;
  • Şirinov Elçin Vaqif oğlu, İşgəncələrə Qarşı Azərbaycan Komitəsi.

Beləliklə, ilkin və təkrar səsvermənin nəticələri əsasında növbəti iki il müddətinə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura aşağıdakı 9 nəfərdən ibarət tərkibdə formalaşıb:

  • Allahverənov Azər Kərim oğlu - “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi;
  • Dadaşova Şərqiyyə Ənvər qızı - “Regional Gender Mərkəzi” İctimai Birliyi;
  • Səfərova Zəminə Yediyar qızı - “İnkişaf və Rifah Naminə” İctimai Birliyi
  • Fətullayev Vidadi Bayram oğlu, “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi;
  • Haşımova Aydan Bəhərçin qızı, “Miqrasiya Könüllüsü” İctimai Birliyi;
  • Kərimova Lamiyə Ağa qızı, Psixososial Reabilitasiya və İnkişaf İctimai Birliyi;
  • Kərimova Səbinə Aqil qızı, “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi;
  • Niftalı Habil Abid oğlu, “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi;
  • Şirinov Elçin Vaqif oğlu, İşgəncələrə Qarşı Azərbaycan Komitəsi.

İctimai Şura iyirmi gün müddətində ilk iclasını keçirməklə yeni tərkibdə fəaliyyətə başlayacaq.