Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

“Qaliblər düşərgəsi” zəngin proqramı ilə davam edir

“Qaliblər düşərgəsi”nin 3-cü günündə iştirakçıların Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib. Qaliblər qeyri-adi, mürəkkəb quruluşa malik unikal tikili, Bakının simvollarından biri olan Mərkəzdə Ümumilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlarla tanış olublar. “Azərbaycan inciləri” sərgisi, qayaüstü rəsmlər, müxtəlif dövrlərə aid arxeoloji tapıntılar, etnoqrafik məmulatlar, numizmatik əsərlər, milli geyim və zərgərlik nümunələrinə baxıblar.

Düşərgədə həmçinin rəsm müsabiqəsinə start verilib. Qaliblər bacarıqlarını nümayiş etdiriblər. Bundan başqa, Zəhra Həşimova tərəfindən “Yaddaşımı necə gücləndirim?”, Məlahət Kazımbəyovanın təqdimatında isə “Öz gələcəyimi necə qurmalıyam?” mövzularında təlimlərə qatılıblar.

Günün sonunda animatorların çıxışı iştirakçılarda xoş təəssürat yaradıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti