Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

“Qaliblər düşərgəsi”nin iştirakçıları günün qonağı ilə görüşüblər

“Qaliblər düşərgəsi”nin ikinci günündə iştirakçıların qonağı Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov olub. Xidmət rəisi DMX-nin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi Rza Talıbovla birgə uşaqlarla görüşüb, onların suallarını cavablandırıb. Vüsal Hüseynov Xidmətin fəaliyyət istiqamətləri və görülən işlər barədə məlumat verib. Daha sonra uşaqlar Xidmət rəisinin məktəb və tələbəlik illəri ilə bağlı suallar səsləndiriblər. Daha sonra Qaliblərlə birgə şam ediblər. İştirakçılara hədiyyələr paylanıb. Sonra uşaqlar qonaqlarla birgə Bakı Uşaq və Gənclər Teatrının kollektivi tərəfindən hazırlanan tamaşaya baxıblar.

Qeyd edək ki, düşərgənin ikinci günündə uşaqların digər qrupu da “Mamajan” restoranında aşpazların müşayiəti ilə gürcü xəngəli hazırlayıblar. Həmçinin gün ərzində onlara Elcan Cəbiyev tərəfindən “Mən özümü necə inkişaf etdirim: Empatiya nədir?”, Zəhra Həşimovanın təqdimatında isə “Mən özümü necə inkişaf etdirməliyəm: Yaddaşımı necə gücləndirim?” mövzularında təlimlər keçilib. İştirakçılar karate, idman və rəqs dərslərinə də qatılıblar.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti