Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

“Qaliblər düşərgəsi”ndə ilk gün iştirakçılar üçün yaddaqalan olub

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın övladları üçün təşkil olunan “Qaliblər düşərgəsi”ndə ilk gün maraqlı məqamları ilə yadda qalıb.

İştirakçılar “Mamajan” restoranında kulinariya dərsləri keçiblər. Əyləncəli dəqiqələr yaşayan “Qaliblər” aşpazların müşayiəti ilə gürcü xəngəli hazırlayıblar. Onlara verilmiş resept əsasında bacarıqlarını nümayiş etdiriblər.

“Qaliblər” “Mən özümü necə inkişaf etdirim: Empatiya nədir?” mövzusunda təlimə də qatılıblar. Bussines Development Centerin təlimçisi Eltac Cəbiyev iştirakçılara özünüinkişaf yolları, empatiyanın növləri və biznesdə əhəmiyyəti barədə ətraflı məlumat verib. Empatiya qabiliyyətinin insan həyatındakı müsbət tərəfləri izah olunub.

Günün ikinci yarısı da əyləncəli keçib. İştirakçılar üçün karate, rəqs və futbol dərsləri başlayıb.

“Qaliblər düşərgəsi” maarifləndirici və əyləncəli proqramları ilə davam edir.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti